Баку,
Азербайджан
14.11.24
-
14.12.24
O работе
- Müqavilənin tərtib edilməsi, nəzərdən keçirilməsi və müzakirə olunması;
- Kommersiya müqavilələri, təchizat müqavilələri, tərəfdaşlıq müqavilələri və lisenziya müqavilələri daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, müştəlif müqavilələrin tərtib edilməsi, nəzərdən keçirilməsi və müzakirə olunması;
- Müqavilələrin şirkətin siyasətlərinə, tənzimləyici tələblərə və sənaye standartlarına uyğun olmasını təmin etmək;
- Şirkətin maraqlarını qorumaqla əlverişli şərtlərlə danışıqlar aparmaq;
- Daxili müştərilərə, şöbələrə və tərəfdaş qurumlara müxtəlif hüquqi məsələlər, o cümlədən müqavilələrin şərhi, normativ tələblərə əməl edilməsi, əqli mülkiyyət hüquqları, məlumatların qorunması və mübahisələrin həlli üzrə hüquqi təlimat və dəstək vermək;
- Hüquqi məsələlərin həllində və biznes məqsədlərinə nail olmaq üçün müxtəlif funksional komandalarla sıx əməkdaşlıq etmək;
- Kompleks araşdırma və risklərin qiymətləndirilməsi və idarə edilməsi;
- Birləşmələr, satınalmalar, birgə müəssisələr və digər strateji əməliyyatlar üçün hüquqi araşdırmanın aparılmasına yardım göstərmək;
- Potensial əməliyyatlarla bağlı hüquqi riskləri, məsuliyyəti və imkanları müəyyənləşdirmək;
- Təklif edilən biznes fəaliyyətləri, müqavilələr və strateji təşəbbüslərlə bağlı risk qiymətləndirmələrinin aparılması;
- Hüquqi və normativ baza ilə əlaqədar riskləri azaltmaq üçün strategiyaların işlənib hazırlanması, o cümlədən risklərin idarə edilməsi proseslərinin və nəzarət tədbirlərinin həyata keçirilməsi;
- Yüksək rəhbərlik üçün kompleks araşdırma hesabatlarının və tövsiyələrin hazırlanması;
- Hüquqi araşdırmalar və təhlillər aparmaq, mövcud və ya yeni məhsulları, təşəbbüslər və layihələr üzrə hüquqi rəy bildirmək, tətbiq edilən qanunlara, qaydalara və sənaye standartlarına uyğunluğu təmin etmək;
- Müqavilələrin təfsiri, tətbiqi və icrasının idarə edilməsi ilə bağlı təlimat vermək;
- Strateji təşəbbüslər, məhsul təqdimatları və biznesin genişləndirilməsi planları üzrə struktur bölmələr və yüksək səviyyəli rəhbərliklə əməkdaşlıq etmək;
- Strateji qərarların qəbulu, o cümlədən hüquqi nəticələrin qiymətləndirilməsi və növbəti fəaliyyətlərin tövsiyə edilməsi üçün hüquqi yardım və dəstək göstərmək;
- Hüquqi və normativ baza ilə əlaqədar yeniliklərdən xəbərdar olmaq;
- Qanunvericilikdə, qaydalarda və sənaye tendensiyalarında baş verən və Şirkətin fəaliyyətinə aid olan dəyişiklikləri izləmək;
- Korporativ idarəetmə, birləşmələr və satınalmalar, məhkəmə mübahisələrinin idarə olunması və tələblərə əməl edilməsi üzrə təlimlər də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, tələb olunan zaman müxtəlif hüquqi məsələlər üzrə dəstək vermək;
- Əməliyyatları optimallaşdırmaq və səmərəliliyi artırmaq üçün üstün təcrübələrin, standart müqavilə şablonlarının və hüquqi proseslərin işlənib hazırlanmasına və həyata keçirilməsinə köməklik göstərmək.
Требования
- Hüquq sahəsində bakalavr dərəcəsi;
- Müvafiq sahədə 2-4 il iş təcrübəsi;
- Azərbaycan və İngillis - əla səviyyədə;
- Kommersiya hüququ, Müqavilə hüququ, Əqli Mülkiyyət hüququ, Mülki hüquq, Əmək Qanunu, Məlumatların Məxfiliyinin Qorunması Qanunu, Lisenziyalaşdırma və İcazə Tələbləri;
- Microsoft Excel, Word, Outlook;
- Müxtəlif növ kommersiya müqavilələrini və digər tələb olunan hüquqi sənədləri tərtib etmək bacarığı;
- Crisis Management, Cultural Sensitivity (ability to work effectively in diverse, multicultural environments), Innovation and Adaptability, Geographic Flexibility (willingness and ability to travel occasionally, domestically or internationally), Interdisciplinary Knowledge (experience or expertise in interdisciplinary fields such as finance, economics, cybersecurity, or marketing);
- Detallara diqqət etmək;
- Müştəri yönümlü;
- Komanda işi və Əməkdaşlıq;
- Nəticələri idarə edə bilmək;
- Mükəmməl yazı qabiliyyəti;
- Konseptual düşünə bilmək. Ümumi rəsmi görə bilmək;
- Riskləri analiz edə bilmək, qabaqcadan görə bilmək.
Юриспруденция
Услуги связи