Баку,
Азербайджан
18.11.24
-
18.12.24
O работе
- Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq yarımillik və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edib müvafiq qeydlərin vaxtında və düzgün təqdim olunmasını təmin etmək;
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarını hazırlamaq, müxtəlif maliyyə təhlillərini aparın və nəticələri təqdim etmək. IFRS və daxili siyasətlərə uyğun olaraq mütəmadi hesabatları vaxtında təqdim edilməsi;
- Mövcud və yeni IFRS standartlarını araşdıraraq onların təsirlərini müəyyən edib uyğun təkliflər irəli sürmək;
- Xarici auditorlarla əməkdaşlıq edərək illik audit prosesində maliyyə məlumatlarının təqdimatına və koordinasiyasına rəhbərlik etmək;
- Audit üçün tələb olunan hesabatların, təhlillərin və dəstəkləyici sənədlərin dəqiqliyini təmin edib, müəyyən edilmiş müddətlərə uyğun olaraq illik auditin yekunlaşdırılmasını idarə etmək;
- Audit tövsiyələrini təhlil edilməsi, fərqləri müəyyənləşdirib onların həlli üçün tədbirlər tövsiyə etmək;
- İllik büdcənin hazırlanmasında büdcə üzrə mütəxəssislə əməkdaşlıq etmək, faktiki və büdcə xərclərini müqayisə edərək izahatlar təqdim edilməsi və xərclərin optimallaşdırılması yollarını müəyyənləşdirmək;
- İstehsal xərcləri, həmçinin xərclərin dəyişmə səbəblərinin araşdırılmasında müvafiq bölmələrlə əməkdaşlıq etmək;
- İstehsal, satınalma, satış və inventar komandaları ilə əməkdaşlıq edərək maliyyə hesabatları üçün məlumat toplamaq və doğruluğunu təmin etmək;
- Dövri inventar sayımları, uyğunluq yoxlamaları və inventar dəyər düzəlişlərinə nəzarət etmək, köhnəlmə risklərini təhlili;
- Maliyyə siyasətləri və daxili nəzarət sistemlərinin hazırlanması və tətbiqinə töhfə vermək;
- İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var).
Требования
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək;
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
- CFA, ACCA, CIMA, CPA və ya buna oxşar sertifikatları üzrə göstəricilərin olması;
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır;
- Audit sahəsində təcrübəyə üstünlük verilir;
- CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Финансы
Строительство
Срок действия задания истек