Azerconnect LLC

Hədəfli marketinq mütəxəssisi

По соглашению 0
Полн. занятость
Баку, Азербайджан
07.10.24 - 07.11.24

O работе

  • Abunəçi bazası üzrə məlumatların kompleks analizi və abunəçilərin davranışının proqnozlaşdırılması, davranış meyllərinin müəyyən edilməsi və effektiv seqmentasiya modellərinin qurulması. Gəlirli və müştəriyönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün verilənlərin dəstəklənməsi ilə bağlı təkliflərin verilməsi;
  • Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes - halların hazırlanması. Biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılmasını özündə cəmləşdirərək üstünlük verilən həll üçün əsaslandırıcı funksiya rolunu oynayır;
  • Marketinqin avtomatlaşdırma aləti vasitəsi ilə istifadənin stimullaşdırılması təşəbbüsləri və artan/çarpaz satış kimi hədəf kampaniyalarının sona çatdırılması;
  • Seqmentasiya modeli və əməliyyat yol xəritəsinə uyğun olaraq artan/çarpaz satış proqramlarının yerinə yetirilməsi üçün səyyar komandanın koordinasiyasını dəstəkləmək;
  • Abunəçinin əldə olunan gəlir, istifadə, ARPU (İstifadəçi başına orta gəlir) və s. baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi də daxil olmaqla məsul iş sahələri üzrə müvafiq hesabatların hazırlanması;
  • Müştəri dəyərinin idarə olunması və biznes analitikası sahəsində bazar iştirakçılarının dinamikasının, meyllərinin və fəaliyyətlərinin təhlili və onların şirkət üzərində təsirlərinin qiymətləndirilməsi;
  • CVM (Müştəri Dəyərinin İdarə edilməsi) bölməsinin əsas fəaliyyətləri ilə əlaqəli bütün proseslərin, məsələn biznesin təhlili prosesinin, seqmentləşdirilmiş təkliflərin müştəri seqmentasiyası üzrə təyinatı prosesinin və hesabat vermə prosesinin avtomatlaşdırılması;
  • Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
  • Tələblərin təhlili, maraqlı tərəflərin təhlili, Planlaşdırma və Layihələndirmə, Həllərin Qiymətləndirilməsi, Tətbiqetmənin qiymətləndirilməsi (UAT və performans testi), buraxılışdan sonrakı təhlil və monitorinq daxil olmaqla CVM-in əhatə dairəsi ilə bağlı böyük layihələrin müstəqil şəkildə idarə edilməsi;
  • Komandanın mövcud biliyinə davamlı olaraq yeni biliklər əlavə etmək və komandanın yeni üzvləri üçün lazımi təlimlər təşkil etməklə komandanın bilik bazasının daha da artırılmasına dəstək olmaq;
  • Rəqabətli kompensasiya;
  • Performans əsasında həvəsləndirici və bonuslar;
  • Əlavə imtiyazlar;
  • Performansa əsaslanan mədəniyyət;
  • Müxtəlif təhsil və inkişaf imkanları;
  • Karyera inkişaf imkanı;
  • Hibrid iş imkanı;
  • Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi;
  • Innovativ məhsullar və rəqəmsallaşma;
  • Beynəlxalq təcrübə;
  • Yüksək bacarığa malik peşəkar komanda;
  • Kross-funksional əməkdaşlıq;
  • Təcrübə mübadiləsi;

Требования

  • İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat, Kibernetika və digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Biznesin / Verilənlərin analitikası, Məlumatların təhlili və işlənməsi, Statistika - yüksək səviyyədə;
  • Layihənin idarə olunması, Marketinq, kommunikasiya - yüksək səviyyədə;
  • Korporativ sahədə təcrübə mütləqdir. Satış və Marketinq sahəsində təcrübəyə üstünlük verilir;
  • CRM, Biznesin analitikası, Məlumatların təhlili və işlənməsi, Marketinq və ya telekommunikasiya sahəsində proqnozlaşdırma üzrə > 3 illik iş təcrübəsi və ya FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə > 3 illik iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə olması;
  • Yüksək MS office bacarıqları;
  • Stata, R, Phyton və digər statistik alətlər üzrə yüksək bilik əlavə üstünlükdür;
  • SAS və/və ya SQL kodlaşdırma dilləri üzrə peşəkarlıq əlavə üstünlükdür.

Срок действия задания истек