Баку,
Азербайджан
09.10.24
-
09.11.24
O работе
- Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların zövqünü müəyyənləşdirmək;
- Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komanda ilə işləmək;
- Moda yeniliklərini izləmək;
- Modelin hazırlanması, eskizinin çəkilməsi, yığılması;
- Dizayn komandası ilə yeni məhsullar üçün eskizlərin hazırlanması;
- Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılması;
- Parçaların, aksesuarların çeşidinin seçilməsi;
- Eksperimental nümunələrin sınaqdan keçirilməsi prosesində dəstək olmaq;
- Geyimin dizaynı və modelləşdirilməsi üçün texniki sənədlərin hazırlanması;
- Görülən işlərlə əlaqədar aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barədə rəhbərə hesabat vermək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
- İş qrafiki: həftənin 5 günü- şənbə, bazar istirahət günü;
- Ünvan: Bakı şəhəri.
Требования
- Geyim dizaynı və ya müvafiq sahədə ali təhsil;
- Dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
- Adobe Illustrator, CorelDRAW, AutoCAD və ya vəzifə öhdəliklərini yerinə yetirmək üçün müvafiq digər dizayn proqramları üzrə bacarıqlar;
- Əl ilə eskiz çəkmə və texniki rəsmləri hazırlama qabiliyyəti;
- Moda trendləri və materiallar haqqında geniş biliklər;
- Kreativ düşüncə və yenilikçi ideyalar təklif etmə bacarığı;
- Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
- Çoxtapşırıqlı iş rejimində yüksək performans göstərmək bacarığı;
- Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
- Zövq hissi və detallar üzərində diqqətli olmaq qabiliyyəti.
Другой
Текстиль