Баку,
Азербайджан
04.10.22
-
03.11.22
O работе
- Vəzifə öhdəlikləri:
- Veb tətbiqin kodlaşdırma işlərinin həyata keçirilməsi və tətbiqin fəaliyyəti dövründə ortaya çıxan xətaların aradan qaldırılması;
- Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
- Proqramçı səviyyəsində testlərin həyata keçirilməsi
- Dizayn yenilənmələrinin tətbiqdə əks etdirilməsi
- Cİ/CD metoduna uyğun olaraq davamlı olaraq yeni relizlərin buraxılması
- Yeni texnologiyaların tətbiq edilməsi;
- Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üçün komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmə;
- Komandaya yeni qoşulan həmkarlara dəstək olma, ehtiyac olduqda komanda daxilində müvafiq təlimlərin keçirilməsi.
- İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Требования
- Tələblər:
- Javascript (Vue.js), HTML, CSS, SCSS proqramlaşdırma dillərində iş təcrübəsi
- RESTful API, Git, Webpack bilik və bacarıqları
- ElementUİ, Vuetify freymvorkları ilə iş təcrübəsi
- DevOPS arxitekturu ilə tanışlıq
- Şəxsi keyfiyyətləri:
- Komanda şəklində işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar və işgüzar
- Korporativ ünsiyyət bacarıqları.
- Təhsil və dil bilikləri:
- Ali təhsil;
- Dil bilikləri
- İngilis dili – Intermediate
- Rus dili – B2 (üstünlükdür)
Информационные технологии
Срок действия задания истек