Azerbaijan Energy Regulatory Agency
По соглашению 85
Полн. занятость
Кюрдамир, Азербайджан
15.08.24 - 14.09.24

O работе

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
  • Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
  • Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir; 
  • Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
  • Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
  • Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; • Filialın fəaliyyət ərazisində 200 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
  • Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını keçirir; 
  • İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir; 
  • İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir; 
  • Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir; 
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 – 18:00.

Требования

  • Yaş: 25-45;
  • Təhsil: Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Agentliyin region filiallarına rotatsiyaya açıq olmalı; 
  • Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il 1750 nömrəli Fərmanı ilə yaradılmışdır və Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin şəffaflıq prinsipi çərçivəsində tənzimlənməsini, müəssisələrin fəaliyyətinin operativ və dəqiq təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndiskommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir;
  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı; 
  • Rus dilini bilməsi arzu olunandır;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.


Срок действия задания истек

Похожие вакансии