Баку,
Азербайджан
23.10.24
-
23.11.24
O работе
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi;
- 5 günlük iş həftəsi;
- Nahar fasiləsi: 12:00-13:00;
- Nahar müəssisə tərəfindən təmin edilir;
- İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.
Требования
- Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr);
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi;
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması;
- Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması;
- Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi;
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması;
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı;
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması;
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı;
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı;
- Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili;
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Инжиниринг
Профессиональные услуги