Гянджа,
Азербайджан
11.12.24
-
11.01.25
O работе
- Zavodun enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirini vaxtı-vaxtında həyata keçirmək;
- Müxtəlif güclü yarım stansiyaların, elektrik generatorlarının istismarı və texniki xidməti;
- Avadanlıqların tələbatına əsasən zavodun enerji təsərrüfatını təmin etmək;
- Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək;
- Elektrik dövriyyəsinin hesablanması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların qəbul olunmuş əmsalları nəzərə alınaraq, smetaların hesablanması;
- Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
- Elektrik-quraşdırma işlərinin tikintisinin Tikinti Norma və Qaydalarına uyğun təşkili və nəzarəti;
- Zavodda işləyən sex və sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik; qaydalarına uyğun istismarını təmin etmək;
- Zavodun bütün elektrik təsərüfatına nəzarət;
- Enerji sektorunda əməyin təşkili, mütərəqqi və məhsuldar iş üsullarının tətbiqi;
- İş yeri: Gəncə şəhəri.
Требования
- Microsoft Office proqramları, AutoCad və s;
- Təhsili: Ali (Elektrik və Elektroenergetika üzrə);
- Təcrübə: minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili və rus dili arzuolunandır;
- Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
- Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
- Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
- Yüksək gərginlikdə işləmə bacarığı;
- İdarəçilik bacarıqları;
- Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər.
Инжиниринг
Профессиональные услуги