Баку,
Азербайджан
17.04.24
-
17.05.24
O работе
- Mövcud bazar qiymətləri əsasında elektrik materialları, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması;
- Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından elektrik işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
- Dəqiqliyi və tamlığı təmin edərək, elektrik işləri üçün smetanı təhlil etmək;
- Tender təklifləri üçün təfərrüatlı elektrik işlərinin büdcə siyahısını hazırlamaq;
- Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq;
- Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi;
- Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır;
- Xərclər smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.
Требования
- Təhsil: Elektrik mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Təcrübə: Layihələrin Elektrik işləri ilə bağlı Xərclərin Smetasının hazırlanması üzrə minimum 3-4 illik təcrübə;
- Dil bilikləri: Yüksək səviyyədə ingilis dili biliyi vacibdir, rus dili biliyi üstünlükdür;
- Arzuolunan namizəd layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə elektrik mühəndisliyi üzrə güclü təcrübəyə malik olmalıdır;
- Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq;
- Excel üzrə yüksək səviyyədə bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir;
- Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq;
- Elektrik işləri və metodologiya üzrə sahədə təcrübə mütləqdir;
- İnfrastruktur layihələrində təcrübə üstünlükdür;
- Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir;
- Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Büdcə və ya xərclər smetası üzrə əvvəlki bacarıqlar vacibdir;
- Problem həll etmə bacarığı və detallara diqqət tələb olunur.
Инжиниринг
Строительство