Daşkəsən Dəmir Filiz MMC
По соглашению 17
Полн. занятость
Дашкасан, Азербайджан
21.11.24 - 21.12.24

O работе

  • Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində müvafiq tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində dəmir filiz sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynalxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;
  • Səlahiyyətləri çərçivəsində istehsalat prosesləri zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütamadi nəzarat olunmasında iştirak etmək;
  • Sahədə fəaliyyat göstərən podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə va daxili qaydalarla tanış edilməsini təşkil etmək;
  • Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
  • Müvafiq pasport, təlimat, texnoloji reqlamentlər, analitik nəzarət qrafikləri və digər texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Dəmir filiz sahəsində formalaşan təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanması, müvəqqəti saxlanma sahəsində saxlanılmasının və daşınmasının təşkil edilməsi;
  • Səlahiyyətləri çərçivəsində atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə axıntı sularının təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğularının dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində toksiki və qeyri-toksiki, radioaktiv tullantıların əmələ gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə nəzarətin həyata keçirilməsi üzrə işlərin görülməsində iştirak etmək;
  • Ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Təhlükəli, radioaktiv, digər sənaye və məişət mənşəli tullantıların idarə olunmasının ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji təhlükəsizlik tələblərinə uyğun şəkildə təşkil edilməsində iştirak etmək;
  • Səlahiyyətləri çərçivəsində müvafiq dövlət orqanı tərəfindən planlaşdırılmış yoxlamaların keçirilməsində iştirak etmək və uyğunsuzluqlar barədə məlumatı aidiyyəti üzrə təqdim etmək;
  • Ətraf mühitin əIverişIi ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarəti üzrə işlərdə iştirak etmək;
  • Zərərli ekoloji aspektIərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasında iştirak etmək;
  • İş yeri: Daşkəsən rayonu;
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş vaxtı: 08:00 – 17:00.

Требования

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Ekoloq sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə;
  • Kompüter bacarıqları: MS Office;
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Ekoloq” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Похожие вакансии