North West Construction

Daxili tamamlama işləri üzrə smeta mühəndisi

По соглашению
Полн. занятость
Баку, Азербайджан
17.04.24 - 17.05.24

O работе

  • Mövcud bazar qiymətləri əsasında tikinti materialları, avadanlıq və işçi qüvvəsi üçün xərclər smetasının hazırlanması;
  • Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından daxili tamamlama işləri ilə bağlı layihə  sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
  • Dəqiqliyi və tamlığı təmin edərək, daxili tamamlama işləri üçün smetanı təhlil etmək;
  • Tender təklifləri üçün daxili tamamlama işləri üzrə təfərrüatlı büdcə siyahısını hazırlamaq;
  • Göstərişlərə və layihəyə uyğun olaraq smeta hazırlamaq;
  • Tender təklifləri zamanı texniki dəstək və təcrübənin təmin edilməsi;
  • Sektordakı bazar tendensiyaları və qiymətləndirmələrdən xəbərdar olmalıdır;
  • Xərclər smetası üçün büdcə təhlili alətlərini hazırlamalıdır.

Требования

  • Təhsil: Memarlıq fakültəsinin bakalavr və ya magistr dərəcəsi;
  • Təcrübə: Layihələr üçün Xərclərin Smetasının hazırlanması üzrə minimum 3-4 il təcrübə;
  • Kompüter bacarıqları: Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir;
  • Dil bilikləri: Yüksək səviyyədə ingilis dili biliyi vacibdir, rus dili biliyi üstünlükdür;
  • Arzuolunan namizəd Memarlıq sahəsində güclü təcrübəyə və layihə smetalarının hazırlanması və işin həcmi haqqında hesabatın hazırlanmasına xüsusi diqqət yetirməklə yerüstü tikili layihələrində sahədə təcrübəyə malik olmalıdır;
  • Mühəndis işin həcmi, spesifikasiyalar və sənaye meyarlarına əsaslanaraq layihələr üçün təfərrüatlı xərclər smetasını hazırlayacaq;
  • Excel-də bilik və layihə spesifikasiyalarını şərh etmək bacarığı vacibdir;
  • Namizəd xərclərin hesablanması prosesi üçün ierarxik təhlil üsulundan istifadə etməli olacaq;
  • Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər;
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • Büdcə və ya xərclər smetası üzrə əvvəlki bacarıqlar vacibdir;
  • Daxili tamamlama işlərində quraşdırma metodologiyası üçün sahədə təcrübə mütləqdir;
  • Problem həll etmə bacarığı və detallara diqqət tələb olunur.


Похожие вакансии