Veysəloğlu Şirkətlər Qrupu

Daxili nəzarət üzrə aparıcı mütəxəssis

По соглашению
Полн. занятость
Баку, Азербайджан
26.05.23 - 25.06.23

O работе

  • Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə əsasən xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
  • Risklərin müəyyən edilməsi və idarə edilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
  • Şirkətdə mal-material qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifarişlə alınmasının, standartlara uyğun saxlanması qaydalarına və şəraitinə düzgün riayət edilməsinin mütəmadi olaraq monitorinqinə nəzarəti təmin etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00.

Требования

  • Təhsil: Ali (iqtisadiyyat, menecment, mühasibat uçotu, maliyyə və audit, CIA, ACCA,CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir);
  • Təcrübə: Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə edilməsində ən az 3 il;
  • Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl, ingilis və rus dilləri arzu olunandır;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı, xüsusilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək bacarığı, SAP proqramı ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik, diqqətlilik, ünsiyyət, problem həlletmə və analitik düşünmə bacarığı.


Срок действия задания истек

Похожие вакансии