166 Yükdaşıma və Logistika
1000 - 1300 ₼ 84
Полн. занятость
Баку, Азербайджан
21.11.24 - 21.12.24

O работе

  • Məlumatların şərh edilməsi və statistik üsullardan istifadə edərək nəticələrin təhlil edilməsi, Marketinq komandası üçün davamlı hesabatların hazırlanması;
  • Marketinq kampaniyaları üçün uyğun hədəf qruplarının müəyyənləşdirilməsi və əsas məlumat nöqtələrinin seçilməsi;
  • Mövcud məlumatları istifadə edərək marketinq kampaniyalarının hədəflənməsinin daim təkmilləşdirilməsi yollarının araşdırılması və əlavə məlumat mənbələri üzrə tövsiyələrin hazırlanması;
  • Hədəf marketinq kampaniyalarının nəticələrinin təhlil edilməsi və onların səmərəliliyini optimallaşdırmaq üçün təhlillərin aparılması;
  • Mürəkkəb məlumat dəstlərinin təhlili vasitəsilə inkişaf meyllərinin və potensial imkanların müəyyən edilməsi;
  • Analitik hesabatların və qrafiklərin hazırlanması;
  • İş qrafiki: 09:00-18:00;
  • Ünvan: Yeni Həyat Plaza ( Zərifə Əliyeva küçəsi 55).

Требования

  • İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Data analitik kimi min. 1 il iş təcrübəsi;
  • Məlumat modelləri, verilənlər bazası dizaynı, verilənlərin əldə edilməsi və seqmentləşdirmə üsulları üzrə texniki təcrübə;
  • Statistika bilikləri və verilənlər bazasının təhlili üçün statistik paketlərlə (məsələn, Excel) işləmə təcrübəsi;
  • Təfərrüatlara və dəqiqliyə diqqət yetirməklə böyük həcmli məlumatların (BS4, Selenium) toplanması, təşkili, təhlili və yayımlanması üzrə analitik bacarıqlar;
  • Python bilikləri, həmçinin Machine Learning modellərinin səmərəli tətbiqi və proqnozların verilməsi bacarığı;
  • SQL bilikləri və mürəkkəb sorğuların yazılması üzrə təcrübə;
  • Təqdimat bacarığı;
  • Power BI ilə interaktiv hesabatların və vizualizasiya panelinin hazırlanması təcrübəsi;
  • Uyğun namizədlərdən CV-lərini  “Data Analitik” başlığı altında qeyd edilmiş elektron poçt ünvanına göndərməkləri xahiş olunur.


Похожие вакансии