IDRAK Technology Transfer LLC
1000 - 1500 ₼ 406
Полн. занятость
Баку, Азербайджан
15.07.24 - 14.08.24

O работе

  • İstifadəsinə təhkim edilən frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilmək;
  • 3 oxlu CNC frez dəzgahında kobud və təmiz emal əməliyyatlarını sərbəst şəkildə yerinə yetirmək, alətləri və pəstahı dəzgaha tanıtmaq, alət və ucluqları yenisi ilə dəyişmək və dəzgaha yerləşdirmək;
  • Emal olunacaq detala müvafiq emal alətlərinin, ucluqların, ölçü alətlərini seçə bilmək;
  • Nəzarət-ölçü cihazlarından düzgün istifadə edə bilmək;
  • İstehsalat zamanı müəyyən edilmiş texniki şərtlər nəzərə alaraq məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək;
  • Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etmək;
  • Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etmək;
  • İş zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların qorunması və profilaktik xidmətinə nəzarət etmək;
  • İş yerini təmiz saxlamaq;
  • İşləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etmək;
  • Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 08:00 - 17:00.

Требования

  • Təhsil: Orta ixtisas, ali texniki təhsil;
  • Təcrübə: Eyni sahədə ən azı 2 il iş təcrübəsi; 
  • Dil bilikləri: Texniki Azərbaycan, texniki İngilis, Rus dili;
  • Müvafiq peşə sertifikatı (arzuolunandır);
  • CNC dəzgahların (frez) iş prinsipləri və onlara texniki qulluq haqqında biliklər;
  • Texniki cizgilərin oxunması, texniki şərtlər və həndəsi toleranslarla işləyə bilməli;
  • İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyinatı bilməli;
  • Nəzarət-ölçü (ştangerpərgar, mikrometr, indikator və s.) alətlərindən düzgün istifadə edə bilməli;
  • İlkin riyazi hesablama bacarığı olmalı;
  • 3D Proqramlaşdırma (SolidWorks) və müvafiq proqram təminatı ilə işləmək bacarığı olmalı;
  • Qüsurları tez tapmaq və aradan qaldıra bilməli.


Срок действия задания истек

Похожие вакансии