Хырдалан,
Азербайджан
15.11.24
-
15.12.24
O работе
- Elektrik sxemlərini tam və sərbəst oxuya bilmək;
- Elektromaqnit və elektromexaniki avadanlığın kilidlərinin (blokirovkasının) təmiri, sazlanması və tənzimlənməsini həyata keçirmək;
- 1000V-a qədər və 1000V- dan yuxarı elektrik maşınlarında diyircəkli yastıqların yağlanması, dəyişdirilməsi, fazrotornurlada kömürlərin yoxlanılması, kömürlərin dəyişdirilməsi və sıxlığının yoxlanılmasını həyata keçirmək;
- Elektrofiltirlərin, elektrik maqnitlərinin, hərəkət sonluqlarının təmirini, sensorların yoxlanılması, sazlanması və işə buraxılmasını həyata keçirmək;
- İstehsalat sahəsində olan elektrik avadanlıqlarını vaxtında və keyfiyyətli təmir etmək;
- Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirmək;
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırmaq və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
- Dəzgahların, mexanizm və qovşaqların, iş avadanlıqlarının təmirini həyata keçirmək;
- İşçi alətlərinin ,köməkçi vasitələrin və s. uçotunu aparmaq və yenilərini sifariş vermək;
- İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak etmək;
- İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin etmək;
- Texnoloji rejim normalarına, texnoloji reqlamentə və istehsalat təlimatlarına ciddi riayət etmək;
- Baş energetikin, sahə rəisinin və elektrik mühəndislərinin istehsalat avadanlıqlarına aid bütün göstərişlərini yerinə yetirmək;
- Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
- Bakı və Sumqayıt şəhərlərindən servis var;
- İş yeri: Xırdalan şəhəri,H.Z.Tağıyev küçəsi 13.
Требования
- Yaş: 25- 45 yaş;
- Təhsil –ixtisas və peşəyə uyğun.
Инжиниринг
Образование