Баку,
Азербайджан
21.02.23
-
23.03.23
O работе
- Şirkətin çağrı mərkəzinə daxil olan bütün müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri aidiyyatı bölmələrə və şəxslərə vaxtında yönləndirmək, prosesin gedişatını izləmək və ehtiyac olarsa, geri dönüş zənglərini etmək;
- Müraciət zamanı şirkətin məhsulları və kampaniyalar haqqında ətraflı məlumat vermək, edilən müraciətləri cavablandırmaq;
- Müştəri məmnuniyyətinin yoxlanılması məqsədi ilə müəyyənləşdirilmiş qaydada müştərilərə zənglərin edilməsi və qeydiyyatların aparılması;
- Kampaniyalar, qeyri-iş günləri və digər haqqında IVR sistemə dəyişikliklərin edilməsini vaxtında təmin etmək, nəticələri izləmək, ehtiyac olarsa, müvafiq mətinlərin tərtibi;
- Daxil olan şikayət xarakterli müraciətlərin yazılı şəkildə müvafiq bölməyə yönləndirilməsi və nəticələrin izlənərək qeydiyyatının aparılması;
- Texniki problemlər haqqında rəhbərliyi və texniki bölməni vaxtında məlumatlandırmaq, problemin aradan qaldırılmasını təmin etmək;
- Müvafiq qeydiyyat sistemlərinin aktuallığını nəzarətdə saxlamaq;
- Aylıq müvafiq hesabatlar rəhbərliyə təqdim etmək;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00-18:00
Требования
- Təhsil: Ali;
- Təcrübə: Sahə üzrə ən az 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, Rus və Türk dillərində səlist nitq qabiliyyəti (İngilis dili arzu olunandır);
- Kompüter bacarıqları: Excel, Word, Outlook proqramlarında və hesabatlarla işləmə bacarığı
- Müvafiq sahədə təlimlərdə iştirak etmiş namizədlərə üstünlük veriləcək;
- Mükəmməl səviyyədə ünsiyyət qurma və şifahi təqdimat bacarıqları;
- Komandada işləmə, analitik düşüncə qabiliyyəti, operativlik, stresə davamlılıq və təşəbbüskarlıq.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] göndərə bilərsiniz.
Оператор