Баку,
Азербайджан
19.09.24
-
19.10.24
O работе
- Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılması prosesində iştirak etmək;
- Brend və reklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək;
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;
- SAP və Redimo kimi proqramlarda işləməyi bacarmaq.
Требования
- Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi; (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və İngilis dili arzuolunandır;
- İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Problem həlli bacarıqları.
Маркетинг
ИКТ
Срок действия задания истек