Баку,
Азербайджан
18.11.24
-
18.12.24
O работе
- Maliyyə araşdırmaları aparmaq və investisiya qərarlarını dəstəkləmək üçün şirkətlər, sənayelər və bazarlarla bağlı təhlil etmək;
- Proqnozlaşdırma və qiymətləndirmə təhlilini dəstəkləmək üçün maliyyə modelləri və məlumat bazalarını hazırlayıb idarə etmək;
- Potensial investisiya imkanlarını və risklərini müəyyən etmək üçün maliyyə bazarlarında olan trendləri və xəbərləri izləmək;
- Hazırlanmış investisiya təklifləri və təqdimatları əsasında rəhbərliyə tövsiyələr vermək;
- Potensial investisiya hədəflərinə dair maliyyə və əməliyyat təhlili, risklərin qiymətləndirilməsi də daxil olmaqla, lazımi yoxlama prosesinə rəhbərlik etmək;
- İnvestisiya strategiyalarının hazırlanması və həyata keçirilməsini dəstəkləmək üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
- Portfelin idarə olunması ilə bağlı fəaliyyətlərdə, o cümlədən performans analizi və risklərin idarə olunmasında dəstək olmaq;
- Maliyyə hesabatlarının və təqdimatlarının rəhbərlik və digər maraqlı tərəflər üçün hazırlanması prosesinə nəzarət etmək;
- Bazar inkişafı və investisiya imkanlarından xəbərdar olmaq üçün sənaye üzrə əlaqələri, araşdırma təminatçılarını və digər maraqlı tərəflərlə münasibətlər qurmaq;
- Şirkətin və onun biznes bölmələrinin maliyyə fəaliyyətini təhlil etmək, optimallaşdırma üçün rəhbərliyə təhlillər və tövsiyələr təqdim etmək;
- Planlaşdırma və qərar qəbulunu dəstəkləmək üçün maliyyə proqnozları və büdcələrin hazırlanmasına nəzarət etmək;
- Gəlir, xərclər, mənfəət marjaları və pul axını kimi əsas maliyyə göstəriciləri üzrə hesabat prosesinə nəzarət edib monitorinq aparmaq;
- Təkmilləşmə imkanlarını müəyyənləşdirmək və potensial təhdidləri azaltmaq üçün maliyyə trendlərini və risklərini təhlil etmək;
- İnvestisiya və kapital xərcləri təkliflərinin hazırlanması və qiymətləndirilməsinə nəzarət etmək
- Xüsusi layihələr və təşəbbüslər üçün maliyyə təhlili etmək;
- Yuxarı rəhbərlik, səhmdarlar və tənzimləyici qurumlar kimi daxili və xarici maraqlı tərəflər üçün maliyyə hesabatlarının və təqdimatlarının hazırlanmasına nəzarət etmək;
- İş yeri: Zavod və şəhər ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var).
Требования
- İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
- Maliyyə analizi ilə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
- İngilis dilini peşəsinin tələb etdiyi səviyyədə bilmək;
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
- CFA, ACCA, CIMA, CPA və ya buna oxşar sertifikatları üzrə göstəricilərin olması;
- SAP proqramı üzrə istifadə bacarıqları arzu olunandır;
- CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Финансы
Строительство