Azerbaijan Fish Farm

Böyük hüquqşünas

По соглашению
Полн. занятость
Баку, Азербайджан
15.04.24 - 15.05.24

O работе

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
  • Korporativ hüquq məsələləri üzrə zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi risklərin qiymətləndirlməsi, AFF MMC və LMH MMC-nin hüquqi mənafeyinin və maraqlarının qorunması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirilməsi;
  • AFF MMC-nin və LMH MMC-nin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
  • Müqavilələrin, sazişlərin və onlara dəyişikliklərin, düzəlişlərin hazırlanması, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Holdinqin iş maraqlarına uyğun tərtib olunması;
  • Cəmiyyət tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq şöbəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
  • Yaranmış əmlak məsələləri ilə əlaqədar müqavilələrin bağlanılması, çıxarışların və icazələrin alınması;
  • Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.

Требования

  • Təhsil: Hüquq sahəsində bakalavr, magistr təhsili;
  • Təcrübə: Hüquq və ya hüquqla əlaqəli sahə üzrə minimum 5 il iş təcrübəsi (Vəkillər Kollegiyasının üzvlərinə üstünlük veriləcək);
  • Kompüter bacarıqları: MS Office, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi bilikləri (Mülki, satınalma, kommersiya, əmək və gömrük qanunvericiliyi);
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı səviyyədə;
  • Hüquqi nitq və yazışma qabiliyyəti, vaxt idarəetmə bacarığı (planlaşdırma, prioritetləşdirmə), detallara diqqət, operativ, güclü problem həll etmə, komandada işləmək bacarığı.