Баку,
Азербайджан
06.11.24
-
06.12.24
O работе
- Mağazalar şəbəkəsinin şirkət standartları çərçivəsində fəaliyyət göstərməsinə, şirkət siyasətinin və prosedurlarının, biznes proseslərinin, rəhbərliyin tapşırıqlarının operativ icrasına nəzarət etmək;
- Tabeçiliyində olan heyyətinin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək, onlarda şirkət imici haqqında yüksək fikir formalaşdırmaq və komanda ruhunu qorumaq;
- Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfin icrasını mağaza müdiri/koordinatorlara tapşırmaq və prosesin icrasina nəzarət etmək;
- Şirkətin kredit partnyoru ilə müştəri münasibətlərini əlaqələndirmək, satış prosesinə və satış hədəflərinə təsir göstərə biləcək məsələlərlə bağlı bölgə mağaza rəhbərlərindən məlumat almaq;
- İşçi, müştəri və digər problemli məsələləri araşdırmaq, səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
- Bölgə mağazaların satış performansını aşağı salan səbəbləri aydınlaşdırmaq, performansın artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Satışları, işçi dəyərləndirmələrini, CRM sorğularının nəticələrini nəzərə alıb mağaza heyətinin təlim ehtiyyaclarını üzə çıxarmaq, təlim sifarişləri vermək, zəruri hallarda işbaşı təlimin verilməsini təşkil etmək;
- CRM sorğuları və gizli müştəri yoxlamasının nəticələrini bölgə mağaza müdiri-koordinatorları ilə müzakirə etmək, nöqsanları izah etmək və onların aradan qaldırılması üçün lazımı tədbirlər görmək;
- Aidiyyatı departamentlər tərəfindən hazırlanmış qiymət siyahılarını, təşkil olunan kampaniyalar və elanlar haqqında bölgə mağazaları vaxtında məlumatlandırmaq və icrasına nəzarət etmək;
- İddialı və inkişaf edən bir şirkətdə karyera imkanı;
- Rəqabətədavamlı əmək haqqı və mükafatlandırma sistemləri;
- Yüksək performans göstərənlər üçün yüksəliş imkanları;
- Dinamik və stimullaşdırıcı iş mühiti;
- Müraciət etmək üçün bura klik edin.
Требования
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələrdə);
- Pərakəndə satış sahəsində ən azı 4-6 il iş təcrübəsi, xüsusilə bölgə rəhbərliyində təcrübə;
- Satış strategiyaları və bazar analitikası barədə dərindən bilik;
- Güclü liderlik qabiliyyəti, problem həll etmə bacarığı və müştəri məmnuniyyətinə yönümlülük;
- İqtisadi və maliyyə göstəricilərinə əsaslanaraq qərar qəbul etmə bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, İngilis dili bilikləri üstünlükdür.
Административный, Бизнес, Менеджмент
Машиностроение и электроника
Срок действия задания истек