MKT İstehsalat Kommersiya MMC

Biznes proseslərinin idarə olunması üzrə kiçik mütəxəssis

По соглашению
Полн. занятость
Баку, Азербайджан
15.05.23 - 14.06.23

O работе

  • Şirkətin fəaliyyəti ilə bağlı biznes proseslərlə bağlı məlumatların əldə edilməsi üçün müvafiq struktur bölmələr və digər maraqlı tərəflərlə müsahibələrin keçirmək və proseslər üzərində müşahidə və xronometraj aparmaq;
  • Biznes prosesləri analiz edərək mövcud problemlər və riskləri, təkmilləşdirmə imkanlarını müəyyən etmək, proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Təsdiq edilmiş normativ-tənzimləyici sənədlərin müvafiq hədəf kütləyə çatdırılmasını təmin etmək;
  • Maraqlı tərəflərlə razılaşdırılmış texniki tapşırıq əsasında proqram təminatının daxili proqramlaşdırma qrupu və ya kənar təchizatçı tərəfindən hazırlanması ilə bağlı işlərin izlənilməsi, işin icrası zamanı ortaya çıxan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
  • Təqdim olunmuş texniki tapşırıq əsasında hazırlanmış proqram təminatlarının son istifadəçi struktur bölmələrin iştirakı ilə test edilməsi, testlər nəticəsində aşkar edilmiş problemlərin aradan qaldırılması və proqram təminatının tətbiqini təşkil etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:30 - 18:30;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Требования

  • Təhsil: Ali (sənaye mühəndisliyi, biznesin idarə olunması, iqtisadiyyat və digər müvafiq ixtisaslar üzrə);
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Power point) proqramlarını yüksək səviyyədə istifadə edə bilmək (MS Visio proqramından istifadə bacarığının olması üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı;
  • Biznes proseslərin idarə olunması, əməliyyat araşdırması sahələrində bilik və bacarıqların olması arzu olunandır;
  • Biznes proseslərin analizi və yenidən layihələndirilməsi metodları;
  • Axış diaqramları və blok sxemlərin tərtib edilməsi bacarığının olması;
  • Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
  • Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
  • Yüksək səviyyədə kommunikasiya bacarıqlarına və konfliktləri idarə edə bilmə qabiliyyəti;
  • Planlama və təşkilatçılıq qabiliyyəti;
  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.


Срок действия задания истек

Похожие вакансии