Araz Supermarket

Biznes analitik

По соглашению
Полн. занятость
Баку, Азербайджан
25.04.24 - 25.05.24

O работе

  • Layihəyə dair  müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
  • Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri ilə razılaşdırılması;
  • Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
  • Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
  • Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;
  • İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
  • Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “tapşırıqlar hovuzunun” formalaşdırılması;
  • Layihəyə dair ümumi icra planının hazırlanması və  milestone-larin müəyyən edilməsi;
  • Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
  • Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;
  • Təlimlərin verilməsi;
  • Təqdimatların hazırlanması;
  • İstifadəçi təlimatlarının hazırlanması;
  • Nahar təminatı;
  • Servis xidməti;
  • İş qrafiki: 5 günlük.

Требования

  • Təcrübə: Proqram təminatı layihələrində minimum 1-2 il biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyə Excel biliyi üstünlükdür);
  • Komanda şəklində işləmə bacarığı, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək və analitik düşünmə qabiliyyəti, yenilikçilik; 
  • Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı;
  • Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
  • Operativ qərarvermə bacarığı və punktuallıq;
  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
  • BPMN və UML diaqramları ilə iş təcrübəsi;
  • Eskiz (wireframe) tərtbibatı alətləri ilə iş təcrübəsi;
  • Task management alətləri ilə iş təcrübəsi (Jira, Azure Boards, Redmine və s.);
  • SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
  • Təməl səviyyə API və SQL bilikləri;
  • Təməl səviyyə UI/UX bilikləri;
  • Proqram təminatının hazırlanması mərhələləri və onlara dair biliklər;
  • Məxfilik qaydalarına riayət etmək.


Похожие вакансии