Azerbaijan Fish Farm

Beynəlxalq satış üzrə mütəxəssis

По соглашению
Полн. занятость
Баку, Азербайджан
29.03.24 - 28.04.24

O работе

  • Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması işində yaxından iştirak etmək;
  • Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
  • Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
  • İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
  • İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini – son imzaya qədər təqib etmək;
  • İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
  • İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
  • Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
  • İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
  • İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
  • İxrac üzrə satış planının yerinə yetirilməsi;
  • Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
  • Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük.

Требования

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Minimum 1 il iş təcrübəsi (Topdan satış və qida məhsullarının ixracı üzrə);
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları və inandırıcılıq, komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq, yeniliklərə açıq olmaq;
  • Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, ixrac əməliyyatları, Incoterms üzrə biliklər, MS Office proqramlarında sərbəst işləmək bacarığı.


Срок действия задания истек

Похожие вакансии