Abşeron Logistika Mərkəzi

Beynəlxalq daşıma əməliyyatları üzrə koordinator

По соглашению
Полн. занятость
Баку, Азербайджан
18.04.24 - 18.05.24

O работе

  • Fasiləsiz beynəlxalq daşıma proseslərini təmin etmək üçün beynəlxalq daşıyıcılar, ekspeditorlar və logistika təminatçıları ilə qarşılıqlı əlaqələrin yaradılması;
  • Daşıma prosesinin düzgün işləməsini təmin etmək üçün beynəlxalq tənzimləyici oraqanlar da daxil olmaqla əsas maraqlı tərəflərlə strateji əlaqələrin inkişafı;
  • Şəffaflığı, əməliyyat səmərəliliyini artırmaq, marşrutları optimallaşdırmaq və izləmək üçün texnoloji həllərin tətbiqi;
  • Tranzit əməliyyatları ilə bağlı lazım olan bütün icazə və rəsmiləşdirmə proseslərini təmin etmək üçün Gömrük Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqənin yaradılması;
  • Beynəlxalq marşrutlarda risk qiymətləndirməsinin aparılması və mümkün riskləri minimuma endirmək üçün uyğun strategiyaların tətbiqi;
  • RFQ prosesi çərçivəsində rəqabətli tariflər və xidmət müqavilələri əldə etmək üçün logistik xidmət daşıyıcıları və təchizatçıları ilə danışıqların aparılması;
  • Sənədlərin hazırlanması, təkliflərin təhlili, maliyyə analizi və etibarlılığa əsaslanan podratçı seçimi daxil olmaqla RFQ prosesinin koordinasiyası;
  • Komanda üzvlərinin biliklərini, beynəlxalq nəqliyyat prosedurlarına və təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək üçün təlim və nəzarət prosesinə yönləndirilmək;
  • Üst rəhbərliyin nəzərdən keçirməsi üçün nəqliyyat fəaliyyəti, xərclər və səmərəlilik göstəriciləri barədə ətraflı hesabatların hazırlanması;
  • Mərkəzin Beynəlxalq daşımalarla bağlı imkanlarının genişləndirilməsi üçün üst rəhbərliyə müvafiq səmərəliləşdirici təkliflərin hazırlanması.

Требования

  • Təhsil: Ali təhsil (nəqliyyat, logistika, və ya biznesin idarə edilməsi sahələri üzrə);
  • Təcrübə: Nəqliyyat, logistika və ya digər əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərini sərbəst bilməli;
  • Normativ aktları, beynəlxalq nəqliyyat qaydaları, gömrük prosedurları və transsərhəd tranzit tələbləri barədə hərtərəfli məlumatlı olmaq;
  • Beynəlxalq logistika sahəsində istifadə olunan ən son proqram təminatı və nəqliyyat idarəetmə texnologiyaları ilə tanışlıq;
  • Beynəlxalq tərəfdaşlar, komanda üzvləri və müxtəlif mədəniyyətlərdən olan maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək üçün mükəmməl ünsiyyət bacarığı;
  • Əməliyyat məlumatlarını təhlil etmək, səmərəliliyi artırmaq üçün analitik-strateji düşünmə bacarığı;
  • Komanda üzvlərini motivasiya etmək, öyrətmək və əməliyyat məqsədlərinə çatmaq üçün istiqamətləndirəcək liderlik bacarıqları;
  • Mükəmməl problem həll etmə və ya beynəlxalq tranzit əməliyyatlarında yarana biləcək gözlənilməz vəziyyətləri və ya böhranları idarə etmək bacarığı.


Похожие вакансии