Baku Electronics

Baş satış məsləhətçisi

По соглашению 118
Полн. занятость
Гянджа, Азербайджан
27.08.24 - 26.09.24

O работе

  • Cavabdeh olduğu şöbədə vahid Baku Electronics standartlarının, təlimatların, tapşırıq və tələblərin operativ icrasını təmin etmək;
  • Müştərilərin gəlişinə kimi şöbədə hazırlıq işlərinin yekunlaşdırılmasını təmin etmək;
  • Kampaniyalar, xidmətlər, qiymət dəyişiklikləri və s. barədə satış məsləhətçilərini məlumatlandırmaq məqsədi ilə gündəlik brifinqlər keçirmək;
  • Şöbənin işçiləri tərəfindən qüvvədə olan kampaniyaların şərtlərinin icra olunmasına nəzarət etmək;
  • Sınaq müddətində öyrədilməsi üçün təhkim olunan yeni işçilərin məhsul biliyini artırmaq, qaydaları izah etmək, əməliyyat sistemini və iş proseslərinin həyata keçirilməsini öyrətmək məqsədi ilə onlara işbaşı təlimlər vermək;
  • Şöbənin sifarişlərini və mal hərəkətini daimi nəzarətdə saxlamaq, yeni məhsullar və tələb olunan məhsullar haqqında sifarişi tabe olduğu iş rəhbərinə təqdim etmək;
  • Şöbədə tələb olunan qiymət dəyişiklərinin dərhal aparılmasına nəzarət etmək və bu barədə tabe olduğu iş rəhbərinə məlumat vermək;
  • İş prosesində yaranmış hər bir problem haqqında tabe olduğu iş rəhbərinə məlumat vermək;
  • Müştərini gülərüzlə qarşılamaq, ona mağazada olan kampaniyalar, Bonus Kart, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, sığorta və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
  • Cavabdeh olduğu şöbəyə daxil olan hər bir müştəriyə özəl xidmət göstərmək, satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək, əlavə olaraq müştəriyə məhsul ilə istifadə oluna bilən aksesuarlar və köməkçi vasitələr təklif etmək.

Требования

  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
  • İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək;
  • Loyallıq və şirkət qaydalarına riayət etmək;
  • Stresə davamlı olmaq;
  • İnkişafa meylli olmaq;
  • Təşəbbüskar olmaq;
  • Yaşayış yeri Gəncə şəhəri olsun.


Похожие вакансии