MKT İstehsalat Kommersiya MMC

Baş nəqliyyat mexaniki

По соглашению
Полн. занятость
Саатлы, Азербайджан
03.03.23 - 02.04.23

O работе

  • Filialın mexanizasiya şöbəsinə rəhbərlik edir;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasını həyata keçirir;
  • Müxtəlif dövlət qrumları və idarələri (yol polisi, texniki nəzarət, hərbi qeydiyyata alınma və çağırış ofisləri, nəqliyyat yoxlamaları, əmək müfəttişlikləri) ilə bağlı sənədləşdirmə və digər işləri icra edir;
  • Təmir işlərinin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
  • Köhnəlmiş avadanlıqlar və ehtiyyat hissələrini müəyyən edir və onların təmirini növbələşdirir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirir, qabaqlayıcı və ya nəzarət tədbirləri görür;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlayır;
  • Təmir işlərinin düzgün şəkildə protokollaşdırılmasını yekunlaşdırır, nəqliyyat vasitələrinə və avadanlığa gələcəkdə ediləcək qulluq tələblərini müəyyənləşdirmələri üçün müvafiq işçi heyətinə istifadə məqsədi ilə göndərir;
  • Bütün daxili prosedur,təlimat və qaydalara riayət edir;
  • Tələb olunan kimi digər vəzifələri yerinə yetirir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra edir.

Требования

  • Təhsil: Ali;
  • Təcrübə: Müfaviq sahədə (oxşar sahədə) 3 illik iş təcrübəsi;
  • Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
  • Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Sürücülük vəsiqəsi;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik, liderlik, ünsiyyət, məntiqi düşüncə və qərar qəbuletmə bacarıqları.
  • İşi ilə bağlı ezamiyyətlərdə ola bilmək.


Срок действия задания истек

Похожие вакансии