Sağlam Ailə

Baş mühasib müavini

По соглашению 537
Полн. занятость
Баку, Азербайджан
23.12.24 - 23.01.25

O работе

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Müəssisəyə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təşkil edir;
  • Mühasibatlıq üzrə keyfiyyətli xidmətin göstərilməsini təmin edir;
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan respublikasının Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən, günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların təqdim edilməsində yaxından iştirak edir;
  • Şöbənin işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə Departamentin rüblük, yarımillik və illik hesabatlarının hazırlanmasında iştirak edir;
  • Departamentin digər şöbələri ilə fəaliyyətini koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir;
  • Şöbə işçilərinin işinə müntəzəm nəzarəti həyata keçirir;
  • Şöbə işçiləri arasında vəzifə bölgüsü aparır, Departamentin vəzifələrinə müvafiq olaraq tabeçiliyində olan işçilərin fəaliyyətini istiqamətləndirir, onların Vəzifə təlimatlarını tərtib edərək Müəssisənin Nizamnaməsinin tələblərinə uyğun şəkildə təsdiq edilməsi üçün tədbirlər görür, həmçinin təsdiqlənmiş təlimatlarla işçiləri tanış edir;
  • Şöbə işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının təmin edilməsi üzrə tədbirlər görür;
  • Şöbə əməkdaşlarının əməyinin qiymətlən.dirilməsi və motivasiyasını həyata keçirir.

Требования

  • Müvafiq sahədə ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya oxşar sahələr);
  • Mühasibatlıq sahəsində ən azı 5 ildən artıq təcrübəsi.
  • Mühasibatlıq proqramları və Microsoft Office proqramları ilə iş təcrübəsi (xüsusilə Excel);
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Mükəmməl ünsiyyət və təqdimat bacarıqları;
  • Detallara diqqət və dəqiqlik.

Похожие вакансии