Местоположение Баку, Азербайджан
Тип работы Полная занятость
Категория Mühasib
Дата вакансии 12.01.23 11.02.23

O работе

  • Maliyyə uçotu üzrə hesabatların tərtib edilməsi;
  • Vergi uçotu üzrə hesabatların tərtib edilməsi;
  • Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması;
  • Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinin aparılması;
  • Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılması;
  • Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək;
  • Əmək haqqının hesablanması, ödənilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) aparılması;
  • Vergi, statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsi;
  • Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
  • Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi.

Требования

  • Təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Təcrübə: Analoji sahə üzrə minimum 5 il təcrübəsinin olması;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl;
  • Kompüter bacarıqları: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.).

Bizi Teleqramda izləyin.

Похожие вакансии