Баку,
Азербайджан
17.01.25
-
17.02.25
O работе
- 1C 8.3 ERP proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi;
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi,ezamiyyə və avans hesabatlarının hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s;
- Vergi və mühasibat uçotun aparılması;
- Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların icra edilməsi;
- Qaimə və hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar;
- Maliyyə məlumatlarının təhlili və maliyyə hesabatlarının hazırlanması;
- Mühasibat uçotu məlumatlarının düzgün dövriyyəsini təmin etmək və problemləri mütəmadi olaraq həll etmək;
- Müəyyən edilmiş son tarixə qədər hər ay üçün ay bağlanmasını və idarəetmə hesablarının (P&L, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans hesabatı) hazırlanmasını təmin etmək;
- İnventarizasiya prosesində iştirak etmək və mal qalıqlarında yaranmış uyğunsuzluqların araşdırılması;
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə;
- 6 günlük iş qrafiki;
- İş yeri Qala qəsəbəsində yerləşir.
Требования
- Təhsil – Ali iqtisadi təhsilli (Maliyyə, Mühasibat uçotu və audit) arzuolunandır;
- Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus ve ingilis dili bilənlərə üstünlük veriləcəkdir);
- Baş mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı olması arzuolunandır;
- 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı;
- Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi;
- 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi;
- Vergi, əmək qanunvericiliyi üzrə biliklər;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli.
Бухгалтер
Kоммерция