Сумгаит,
Азербайджан
18.12.24
-
18.01.25
O работе
- Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
- Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
- Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparır;
- Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə təşkil və nəzarət edir;
- Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Ayın bağlanmasını həyata keçirir;
- Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmalarını hesablayır və ödənilməsini icra edir;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır və ödənişini həyata keçirilməsinə nəzarət edir;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edir;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir;
- Anbardarlara dəstək;
- İstehsala nəzarət;
- Daxili bazar satışlara nəzarət;
- İxrac əməliyyatlarının icrasına nəzarət;
- E-qaimələrin yazılmasına nəzarət;
- İxrac xərclərinin uçotu;
- Daxili və xarici daşınmaların uçotu;
- Müəssisələr arası transferlərə nəzarət.
Требования
- Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil)
- Minimum 3 il mühasib vəzifəsi üzrə təcrübə.
- Bacarıq və səriştələr Nizam-intizamlı;
- Kommunikasiyalı;
- Komandada işləmək bacarığı.
Бухгалтер
Строительство