Irshad Electronics

Baş mühasib

3000 - 4000 ₼ 323
Полн. занятость
Баку, Азербайджан
30.10.24 - 30.11.24

O работе

  • Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
  • Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin etmək;
  • Balans, Mənfəət və Zərər, dövlət qurumlarına olan hesabatları vaxtında tərtib və təqdim etmək;
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görmək;
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot- hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik etmək;
  • Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparmaq;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etmək;
  • Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin etmək;
  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
  • Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi;
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək;
  • İş qrafiki: 5 günlük.

Требования

  • Ali təhsil;
  • Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi (bank təcrübəsi üstünlükdür);
  • PMS sertifikatı;
  • Azərbaycan dili;
  • MS Office,  1C proqramları bacarığı.


Похожие вакансии