Qala Group

Baş mühasib

2500 - 3000 ₼ 275
Полн. занятость
Баку, Азербайджан
11.07.24 - 10.08.24

O работе

  • Şirkətin mühasibat uçotunun təşkilində, düzgün vergi və uçot siyasətinin seçilməsində və qorunmasında birbaşa iştirak etmək;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları əsasında maliyyə hesabatlarını hazırlamaq;
  • Tikinti, istehsal və s. kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
  • İstənilən əməliyyatın mühasibat proqramında  düzgün balans və gəlir-xərc hesablarında əks olunmasına, maliyyə-hüquq istiqamətli biliklərə malik olaraq bir çox spesifik əməliyyatların düzgün aparılmasına nəzarət etmək;
  • Pul vəsaitlərinin hərəkətini, gəlir dövriyyəsini və xərclərini, xərclərin maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
  • Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək, ünsiyyət və etik normalara sahib olaraq sağlam iş münasibətləri qurmaq.

Требования

  • Təhsil: İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr); 
  • Təcrübə: Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı, tikinti sektorunda azı 3 il təcrübə mütləqdir;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli, İngilis dilini intermadiate səviyyədə bilməli, rus dili bilikləri üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office - Excel yaxşı səviyyədə), 1C proqramları bacarığı;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti.


Срок действия задания истек

Похожие вакансии