Azərşəkər LLC

Baş energetik

По соглашению 2
Полн. занятость
Физули, Азербайджан
11.11.24 - 11.12.24

O работе

  • Təsərrüfatda mövcud olan 35 kV gədər  elektrik avadanlıqların texniki cəhətdən düzgün istismarını, təmirini və enerjinin qənaətlə sərfinə nəzarəti təşkil etmək;
  • Elektrik avadanlıqlarının, elektrik enerjisinin uçotu və sərfinin təhlilinin, enerji təsərrüfatı işlərinin texniki-iqtisadi göstəricilərinin, qəzalar, onların səbəblərinin azalması və ya çoxalmasının uçotunu təşkil etmək;
  • Profilaktik təmirlərin, texniki yoxlamanın və hazırlıq planlarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
  • Təsərrüfatın yüksək gərginlikli yarımstansiyalarının və digər elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək;
  • Təsərrüfatı elektrik enerjisi ilə təmin edən qurumlarla operativ danışıqların və rəsmi yazışmaların aparılması, icra edilməsi və  müştərək işlərin təşkil edilməsi;
  • Təsərrüfatın enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
  • Ehtiyat hissələrinin və materialların avadanlıqların tələbatına  əsasən  Təsərrüfatın enerji təsərrüfatını təmin etmək;
  • Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirinin və istismarını təmin etmək;
  • Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
  • Yeni istifadəyə verilmiş texnoloji qurğuların elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
  • Təsərrüfatın elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə əlaqəni təmin etmək;
  • Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar sənədləri hazırlamaq;
  • Təmir işləri ilə əlaqədar qüsur cədvəlləri və avadanlıqların əsaslı təmiri üçün smetaların baxılıb razılaşdırılması;
  • Əmək funksiyasını icra etdiyi sahə və şöbələrdə elektrik nəzarətin edilməsi;
  • Şəbəkənin və elektrik avadanlıqlarının,  təhlükəsiz istismarını təmin etmək;
  • Elektrik avadanlıqlarının illik ,aylıq ,günlük  carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Təsərrüfatda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
  • Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək;
  • Nahar: Müəssisə tərəfindən qarşılanır;
  • Nəqliyyat: Müəssisə tərəfindən qarşılanır;
  • İş yeri: Füzuli rayonu, Qayıdış qəsəbəsi;
  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00; Şənbə günü 09:00-13:00).

Требования

  • Ali təhsilli (Energetika və ya Avtomatika mühəndisliyi);
  • Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;
  • Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydaları;
  • Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları;
  • Enerji təminatı sahələrində qüvvədə olan qanunvericiliyinin tələblərini;
  • Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydaları;
  • Avtomatika sistemləri,kompressor və generatorların təhlükəsiz ististmarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.

Срок действия задания истек

Похожие вакансии