Баку,
Азербайджан
23.08.24
-
22.09.24
O работе
- Müəssisədə mövcud bütün avtomatik idarəetmə sistemlərinin, proqramla idarə olunan dəzgahların iş rejiminə nəzarət etmək;
- İş rejimi zamanı baş verə biləcək problem və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
- Avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin quraşdırılmasına, sınaqlarına, sazlanmasına və istismarına nəzarət etmək;
- Avtomatika və idarəetmə sistemlərinin etibarlı və fasiləsiz işini təmin etmək, onların istismar qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək;
- Müəssisənin texniki avadanlıqlarının göstəricilərinin artırılması istiqamətində tədbirlər görmək;
- Zavodun ümumi avtomatika sisteminin işlədilməsini, təmir işlərinin plana uyğun tam yerinə yetirilməsinə nəzarət;
- Qəza duruşlarında nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
- İş rejimi: Növbəli;
- Nahar şirkət tərəfindən təmin olunur.
Требования
- Təhsil: Ali təhsil (avtomatika üzrə üstünlükdür);
- Dil bilikləri: İngilis və rus dili bilikləri üstünlükdür;
- Analitik düşünmə, araşdırma və komanda ilə işləmə bacarıqları;
- Müxtəlif sensorlar,vəziyyət və sonluq açarlarının iş prinsipini bilməli və sxemə daxil etməyi bacarmalı;
- Mövcud idarə sistemlərinin avtomatika sisteminə keçirilməsində iştirak etməli;
- Elektronik sxemlərdə bəsit elementləri tanımalı və lehimləmə işlərini bacarmalı;
- Elektrik sxemlərini oxumağı bacarmalı;
- Relelər, maqnit işə salıcılar və temperatur controllerləri ilə işləməyi bacarmalı;
- VFD-lərlə işləmə bacarıqları olmalı, parametrlərinə müdaxilə etməyi bacarmalı;
- PLC bilikləri arzuolunandır;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikasını bilməlidir.
Инжиниринг
Питание
Срок действия задания истек