Баку,
Азербайджан
07.11.24
-
07.12.24
O работе
- Şirkətin balansında olan və saxlanca qəbul edilən avtomobillərin saz vəziyyətdə saxlanılmasını, avtomobillərin nəzərdə tutulmuş qaydada düzülüşünü və texniki baxışın göstərilməsini təşkil edir;
- Avtonəqliyyatın hərəkətdə olan hissələrinin, sürücülər və digər əməkdaşlar tərəfindən texniki istismar qaydalarına uyğun istismar olunmasına nəzarəti həyata keçirir;
- Balansda mövcud olan avtomobillərin müəyyən aqreqatlarının və akkumlyatorunun köhnəlməməsi məqsədi ilə onlara müvafiq qulluq və lazım olduğu təqdirdə servisə xidmət üçün təmin olunmasını təşkil edir;
- Satış məsləhətçisinin məlumatı əsasında müəyyən olunmuş avtomobilin test yürüşü və satış üçün təhvil veriləcək avtomobilin əvvəlcədən hazırlanmasını və yoxlanılmasını həyata keçirir;
- Satış məsləhətçisinin məlumatı əsasında müəyyən olunmuş avtomobillərin salona təmin olunmasını təşkil edir;
- Avtoanbar ərazisinin abadlaşdırılması və təmizlənməsi üçün tədbir işləyib hazırlayır və həyata keçirir;
- Saxlanca qəbul olunan nəqliyyat vasitələrinin təhvil-təslim prosesində iştirak edilməsi və müvafiq sənədlərin tərtib olunması, vaxtında lazımi xidmət göstərilməsinə və düzgün saxlanılmasına, istismarda olan maşınların texniki vəziyyətinə, səliqəliyinə nəzarət edir, onların nasazlığı haqqında vaxtında xəbər verir;
- Yeni çatdırılmış avtomobillərin satışdan əvvəl yoxlama prosesinin həyata keçirilməsi zamanı servis məsləhətçisi ilə razılaşdırıraq avtomobilin servisə təmin olunmasına və təmiri zəruri olan avtomobillərin təmir prosesinə nəzarət edir;
- Avtomobillərin inventarizasiyasında iştirak edir və müvafiq sənədləşməni aparır.
Требования
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Sürücülük sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi olmalı;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili arzu olunandır;
- Etibarlılıq, dəqiqlik, məsuliyyət və səliqəli xarici görünüş olmalı;
- MS Office proqramlarından istifadə bacarığı olmalı.
Транспорт и логистика
Профессиональные услуги
Срок действия задания истек