Баку,
Азербайджан
19.02.25
-
20.03.25
O работе
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
- Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
- Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan respublikasının Dövlət Statistika Komitəsi və digər nəzarət orqanları tərəfindən tələb edilən, günlük, həftəlik, aylıq, rüblük və illik hesabatların təqdim edilməsində yaxından iştirak edir;
- Departamentin digər şöbələri ilə fəaliyyətini koordinasiya edir, onların işdə qarşılıqlı əlaqəsini təmin edir;
- İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət;
- İş saatları: 09:00-18:00;
- İş yeri –Bakı şəhəri Xətai rayonu, Zığ yolu -2, ev-9.
Требования
- Ali təhsil (iqtisadiyyat/maliyyə);
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarından istifadə etmək bacarığı;
- Stresədavamlı, məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı;
- Vergi və əmək qanunvericiliyini yüksək səviyyədə bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
- Peşəkar mühasib sertifikatına (PMS) malik olması üstünlükdür.
Главный бухгалтер
Профессиональные услуги