OBA marketlər şəbəkəsi

Aparıcı hüquqşünas

По соглашению 1256
Полн. занятость
Баку, Азербайджан
21.01.25 - 21.02.25

O работе

  • Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil edib, müxtəlif yoxlamaların keçirilməsi zamanı Şirkətə hüquqi dəstək verir və prosesin hüquqi müşayiətini aparmaq;
  • Mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyinə uyğun olaraq Şirkəti iddiaçı (ərizəçi), mülki iddiaçı, cavabdeh, mülki cavabdeh, zərər çəkmiş, üçüncü şəxs və xüsusi ittihamçı qismində təhqiqat, istintaq və bütün məhkəmə orqanlarında təmsil etmək;
  • Şirkətin adından bütün prosessual sənədləri (iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və s.) tərtib edib, təhqiqat, istintaq və məhkəmə orqanlarına təqdim etmək;
  • Təhqiqat, istintaq və məhkəmə orqanlarının Şirkətin mənafeyinə uyğun olmayan qanunsuz və əsassız qərarlarından şikayətlər vermək;
  • Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını aparıb, onlara əlavə və dəyişikliklərin edilməsini təklif etmək;
  • Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olmasını və onun hüquqi mənafelərinin qorunmasını təmin etmək;
  • Şirkətin rəhbərliyinin və/və ya struktur rəhbərinin göstərişi ilə Şirkətin digər struktur bölmələri ilə birgə dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə danışıqların aparılmasında birgə iştirak etmək;
  • Şirkətdə yaradılan zəruri komissiyaların üzvü olmaq;
  • Şirkətin fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi ilə bağlı bu Əlavə ilə nəzərdə tutulmayan, həmçinin də Şirkətin rəhbərliyinin və/və ya struktur rəhbərinin tapşırıqlarına əsasən Şirkətin daxili qayda və təlimatlarına, müvafiq qanunvericiliyə zidd olmayan digər zəruri hərəkətləri icra etmək;
  • Nahar;
  • Korporativ nömrə;
  • Servis xidmət;
  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Требования

  • Təhsil səviyyəsi: Ali (Hüquq sahəsində);
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il;
  • Kompüter bilikləri: MS Office (Word, Excel proqramlarında orta səviyyədə işləmək bacarığı);
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, mülki və inzibati prosessual qanunvericiliyi bilmək;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi, bağlanması və rəsmiləşdirilməsi prosesində geniş təcrübəyə sahib olmaq;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilmək;
  • İşgüzar ünsiyyət və münasibət etikasına riayət etmək, müştərilər və komanda ilə effektiv əməkdaşlıq qurmaq;
  • Qərarvermə və detallara diqqət etmək bacarığına malik olmaq.