Azərşəkər LLC

Aparıcı auditor

По соглашению 124
Полн. занятость
Баку, Азербайджан
29.11.24 - 16.12.24

O работе

  • Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək;
  • Audit subyektində maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq riskini qiymətləndirmək;
  • Audit layihəsinin əhatə dairəsini, audit proqramının hazırlanmasını və xətti rəhbərlə razılaşdırmaq;
  • Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq;
  • Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək;
  • Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək;
  • Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək;
  • Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək üzrə profilaktik və gündəlik işləri icra etmək;
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Z. Əliyeva pr 93, BEGOC biznes mərkəzi.

Требования

  • Ali iqtisadi təhsil;
  • Kənd təsərrüfatı, istehsalat sahələrində daxili və ya xarici audit, maliyyə, mühasibatlıq, büdcə  və hesabatlılıq üzrə minimum 2 il təcrübə.
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;    
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Aparıcı Auditor) qeyd edərək göstərilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur.    


Похожие вакансии