Azərbaycan Metrologiya İnstitutu
700 - 800 ₼
Полн. занятость
Баку, Азербайджан
19.01.23 - 18.02.23

O работе

  • Malların qəbulunun planlaşdırılması və uçotunun aparılmasını təmin etmək;
  • Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkilini aparmaq;
  • Mal və materialların inventar üzrə qeydiyyatını aparmaq;
  • Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
  • Anbar qalıqlarının qeydiyyatını aparmaq;
  • Yüklərin və poçtun anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin etmək;
  • İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul etmək və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil etmək;
  • Yükün göndərilməsi barədə kompüter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
  • Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • İdxal anbarına yükləri təhvil almaq, yükləri yükalana təhvil vermək;
  • Yükün qablaşdırılmasına diqqət yetirmək;
  • Yük yerlərini yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
  • Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunun təsdiqləmək;
  • Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək.
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00-18:00;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı);
  • Servis müəssisə tərəfindən təmin edilir.

Требования

  • Yaş: 25-45;
  • Cinsi: Kişi
  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il;
  • Dil biliyi: Azərbaycan dili, rus dili;
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları.


Срок действия задания истек