Amal Group

Anbardar

По соглашению 106
Полн. занятость
Губадлы, Азербайджан
29.08.24 - 28.09.24

O работе

  • Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması;
  • Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işlərinə nəzarət edilməsi;
  • İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilməsi,
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
  • Daxil olan ehtiyatları çatdırılma sənədlərinə əsasən yoxlayır və onların düzgün olmasını birbaşa rəhbəri ilə təsdiq edir;
  • Qəbul edilmiş malların keyfiyyətini, son istifadə tarixini, zədə və ya uyğunsuzluqları tələb olunduğu halda yoxlayır və bu barədə birbaşa rəhbərinə məlumat verir;
  • Çatdıralacaq məhsul və ya bağlamaları zədələmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə daşınmasına nəzarət edir;
  • Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri və digər yarlık vurma avadanlıqlarından istifadə etməklə saxlanc əşyalara nişan vurur;
  • İçindəki malların tərkibinə uyğun olaraq konteynerlərə yarlık yapışdırır;
  • Ehtiyatlar, alətlər, avadanlıqlar və saxlanc ərazilərin təhlükəsizlik normalarına uyğun olmasını təmin etmək üçün onların təmizlənməsini təmin edir;
  • Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak edir;
  • Mal hərəkəti ilə əlaqədar bütün proseslərin proqram üzrə aparılmasını təmin edir;
  • İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyatını, hesabatını aparır və gündəlik birbaşa rəhbərinə hesbat verir;
  • Gündəlik anbarı Təhlükəsizlik üzrə nəzarətçiyə daxili prosedur qaydalarına uyğun olaraq möhürlü şəkildə təhvil verir və o formada təhvil alır;
  • Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edir;
  • Anbardarın vəzifə öhdəlikləri üzrə təyin edilmiş vəzifələr onun şöbə rəhbəri tərəfindən yönləndiriləcək;
  • İşdən azad edilən zaman üzrəində olan mal qalıqları və  icra etdiyi işlərin son hesabatlarını son iş gününə qədər işləyib hazırlayaraq təhvil-təslim etməli;
  •  Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus.

Требования

  • Yaş həddi: 25-50;
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. (təhsil, 3 il iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur).


Похожие вакансии