Баку,
Азербайджан
24.07.24
-
23.08.24
O работе
- Anbarlara daxil olan materiallar miqdarının aylıq, rüb və illik hesabatı uçotunun aparılması;
- Mal-materialların qəbulunda iştirak edilməsi və gündəlik olaraq Material Qəbulu Hesabatının doldurulması;
- Alınmış malların keyfiyyətinə və miqdarına nəzarət etməklə anbarlarında müvafiq norma və qaydalara uyğun olaraq yerləşdirilməsi və sənədlərin vaxtında rəsmiləşdirilməsi;
- Mal-materialların keyfiyyətli saxlanılması üçün tədbirlər planının hazırlanmasında iştitak edilməsi;
- İstehsalat sahələrinə, texnoloji qurğulara və digər sahələrə verilən mal-materialların dəqiq uçotunun aparılması və hesabatların hazırlanması;
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsini təmin edir,müəyyən olunmuş hesabatı tərtib edir;
- Hər hansı çatdırılan mal-material üzrə tərtib olunmuş Yoxlama Tələbnamə formasına əsasən yoxlamaların icra edilməsi və Artıq, Əskik, Zədə və ya göndərmə sənədlərində uyğunsuzluq müəyyən edildikdə Yoxlama Tələbnamə formasında müvafiq qeydlərin edilməsi;
- Uyğunsuzluğun dəqiq müəyyənləşdirilməsini təmin edərək Artıq, Əskik, Zədə və Uyğunsuzluq hesabatın tərtib edilməsi və Ekspeditor Qrupuna təqdim edilməsi;
- Davamlı uyğunluq və məlumat dəqiqliyini təmik etmək üçün anbar inventarının müntəzəm fiziki sayımlarda iştirak edilməsi;
- Səliqəli və təhlükəsiz iş mühitinin təmin edilməsi, o cümlədən, bütün müvafiq SƏTƏM prosedur və qaydalarına riayət edilməsi;
- İnventar uçotunun dəqiq aparılması və müvafiq sistemlərində (SAP ERP, Server, və s ) inventar məlumatlarının vaxt-vaxtında yenilənməsi;
- Saxlanılan materiallara mütəmadi baxış keçirilməsi və saxlama zamanı baş vermiş zədələnmələr haqqında müvafiq rəhbərliyə dərhal məlumat verilməsi;
- İşlərin məqsədi ilə bağlı bütün sorğulara dərhal və uyğun şəkildə cavabın təmin edilməsi.
Требования
- Təcrübə: Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 8 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və oxumaq qabiliyyəti;
- Kompüter bacarıqları: İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti;
- Təməl riyazi funksiyaları yerinə yetirmək üçün bilik və təcrübə;
- Sürətli temp, komanda yönümlü mühitdə işləmək bacarığı;
- Detallara diqqətli yanaşma bacarığı;
- Yaxşı ünsiyyət bacarığı və komanda daxilində işləmək qabiliyyəti;
- İşlərin icrasına məntiqi və sistematik yanaşma;
- Sürücülük vəsiqəsinin olmasına üstünlük verilir;
- Aşağıdakı sertifikatların olmasına üstünlük verilir: SAP ERP, Working at Height, COSHH Assessment, Spill Response, Lifting Operations, Task Risk Assessment, Manual Handling Awareness, Waste Management Training, Dangerous Goods Management.
Транспорт и логистика
Нефть и газ
Срок действия задания истек