Расположение Баку, Азербайджан
Тип работы Полная занятость
Категория Медицина и фармация
Дата вакансии 09.09.2022

O работе

Həkim- anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
Ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir;
Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir və s.

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
Növbəli iş rejimi ;
Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq 1500-3000 Azn arası təyin edilir.

Требования

Ali təhsil;
Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi;
Dil bilikləri : Azərbaycan dili, Rus dili, İngilis dili;
İxtisas üzrə azı 3 il iş təcrübəsi.

Bilməlidir:
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını;
Səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını;
Öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s.