Расположение Бейлаган, Азербайджан
Тип работы Полная занятость
Категория Инжиниринг
Дата вакансии 29.08.2022

O работе

Dəzgah və maşınların təmiri və günlük nəzarəti həyata keçirmək;
Maşınlarda ortaya çıxan mexaniki və texnoloji problemləri ən qısa zamanda həll edərək, istehsalın ləngiməsinin qarşısının alınması;
Təmir və yoxlama işləri üçün lazım olan alətlərin olub olmadığının yoxlamaq, əgər alətlər əksikdirsə və ya yoxdursa, sifariş verilməsi üçün Baş mexanikə məlumat vermək;
Maşın təchizatlarının, nasosun və cihazların montajını, demontajını və işlək vəziyyətə gətirilməsini hazır plan əsasında həyata keçirilməsi və görülən işlərin müvafiq xidmət tələb formuna qeyd edilməsi;
Hər görülən işin xidmət tələb formuna qeyd edilməsi, edilən işlərin Baş mexanikə və ya Baş mühəndisə təslim edilməsi;
İş sonunda baş mexanikə görülən işlər və nəticələr haqqında məlumat vermək;
Sahələr üzrə təchizat və bütün növ qaz-təmir və sazlama işlərini görmək;
Kompressor-Qazanxana sahəsində olan təchizatların (Hava, su, qaz) təmirini həyata keçirmək.

Требования

Təhsil: Orta, Orta-ixtisas
Təcrübə: 3 il-dən yuxarı
Texniki Bilikləri
Avadanlıqların xüsusiyyətləri və onların düzgün texniki istismar qaydaları.
İstehsalın operativ idarə olunması haqqında metodiki normativ və başqa sənədləri
Sahənin texniki inkişaf perspektivlərini.
Buraxılan məhsullara qoyulan texniki tələbləri, avadanlığın istehsal texnoloğiyasını.
Sahənin istehsal təhcizatını və onun texniki istismarını.
İstehsalın gedişi uçotunun sistem və metodlarını.
Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.