Nar

Brend və reklam işi üzrə mütəxəssis

Расположение Баку, Азербайджан
Тип работы Полная занятость
Категория Маркетинг
Дата вакансии 22.09.2022

O работе

İş qrafiki: Standart
İş müddəti: Daimi

Sizin əsas vəzifə öhdəlikləriniz:
Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
Departamentlər, bölmələr arasında məzmunun idarə edilməsini və məlumat mübadiləsini əlaqələndirmək və idarə etmək.

Требования

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil
Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
Vendorlarla işləmə bacarığı
Performansı və brend qaydalarını qorumaqla eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
Təşkilatçılıq bacarığı
Vaxtın düzgün idarə olunması bacarığı
Təzyiq altında işləmə bacarığı
Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
MS Office proqramlarını bilmək