Расположение Баку, Азербайджан
Тип работы Полная занятость
Категория Финансы
Дата вакансии 14.09.2022

O работе

Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;
İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
Audit prosesi zamanı çatışmazlıqları müəyyən etmək və məsul şəxlərlə razılaşdırmaq, o cümlədən biznesin mahiyyətini və müvafiq riskləri nəzərə almaqla aşkarlanmış çatışmazlıqlara uyğun olaraq tövsiyələr vermək
Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.

İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
Qeyd: Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Требования

Sahə üzrə ali təhsil
Müvafiq sahə üzrə iş təcrübəsi 2-5 il
Yerli qanunvericilik və Mərkəzi Bankın normativ aktlarını yaxşı səviyyədə bilməsi
Daxili audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Daxili audit funksiyası üzrə beynəlxalq mütərəqqi praktika ilə tanışlıq
Dərin analitik düşüncə, vaxtın idarə edilməsi bacarığı.
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
MS Office proqramlarında səlis işləmək bacarığı.
İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır