Baku Bus

Baş mühasib

2000 ₼
Полн. занятость
Баку, Азербайджан
25.11.22 - 25.12.22

O работе

Öhdəliklər:
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin təmin olunmasına nəzarət, 
  • Gündəlik təsərrüfat əməliyyatlarını əks etdirən ilkin sənədlərin qanuna uyğun rəsmiləşdirilməsinə nəzarət
  • İlkin sənədlər əsasında maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət olunması
  • Daxil olan pul vəsaitlərinin, hesablanmış xərc və gəlir maddələrinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin olunması
  • Əmək haqqı və ona bərabər ödənişlərin zamanında hesablanmasına nəzarət
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət), DSMF və statistika hesabatlarının hazırlanması və təqdim olunması
  • Mütəmadi debitor və kreditorlarla qarşılıqlı üzləşmənin həyata keçirilməsi
  • Bütün təsərrüfat əməliyyatlarında vergi və digər icbari ödənişlərin düzgün tətbiqini və hesablanmasını təmin və buna nəzarət olunması
  • Vergi və digər dövlət orqanları ilə yazışmaların aparılması, onların bütün sorğu və tələblərini zamanında və dolğun cavablandırılması
  • Vergi və digər dövlət orqanları tərəfindən aparılan kameral və səyyar yoxlamaların koordinasiyası və bu işə nəzarət olunması
  • Aylıq, rüblük və illik əsasda maliyyə hesabatlarının hazırlanması məqsədi ilə uçot məlumatlarının mövcudluğunu təmin etmək
  • Tabeçiliyində olan işçilər arasında mühasibatlıq funksiyaların optimal şəkildə bölüşdürülməsi və mühasibat şöbəsinin işinə nəzarət olunması
    İş şəraiti:
  • İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək haqqı 2000 manat (net)
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu

Требования

  • İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- İngilis dili (arzuolunandır)
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
  • Mühasibat işi üzrə minimum 3 il iş təcrübəsi
  • MS Office proqramları ilə yüksək səviyyədə iş bacarığı
  • 1C ( 8.3), BTP
  • Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik
  • Mühasibat uçotu üzrə sertifikatlara üstünlük verilir (ACCA F3,səviyyəsi və PMS)


Срок действия задания истек