Расположение Баку, Азербайджан
Тип работы Полная занятость
Категория Другие
Дата вакансии 15.09.2022

O работе

Hazırkı vəzifə təlimatı Təchizatçı əmək funksiyaları, öhdəlikləri, hüquqları və ona qarşı tələbləri müəyyən edir.
Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.

Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:
Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Açılmış sifariş formalarının analizi;
Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
Təchizatçıların seçimi və qiymətləndirilməsi;
Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Требования

Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir :

“Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
“Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi