Расположение Баку, Азербайджан
Тип работы Полная занятость
Категория Другие
Дата вакансии 22.08.2022

O работе

Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək
Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək,
Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək.Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək,
Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək, işçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, mərkəzi ofisi və layihələrlə effektiv koordinasiyalı işləmək,
Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
Smetaların hazırlanmasına nəzarət etmək.
Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək.

Требования

İnşaat və tikinti sahəsi üzrə Ali təhsil;
İnşaat sahəsində vəzifədə minimum 5-7 il iş təcrübəsi
Kompüter bilikləri - MS Office, Autocad proqramlarını bilmək
Namizədin avtomobilinin olması zərruridir.