SOCAR

Tikinti üzrə keyfiyyətə nəzarət mühəndisi

2434 ₼
Full-time
Baku, Azerbaijan
14.11.23 - 14.12.23

Working conditions

  • SOCAR-ın strukturuna daxil olan qurumlarda təmir və tikintifəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının təmin  edilməsi, uyğunluğun ölçülməsi məqsədilə mütəmadi yoxlama qrafikinin tərtib edilməsində və yoxlama prosesinin təşkilində iştirak etmək;
  • SOCAR-ın strukturuna daxil olan qurumlarda tikinti-quraşdırma işlərinin plana, işçi cizgilərinə və normativ  sənədlərə uyğun yerinə yetirilməsinə nail olmaq;
  • SOCAR-ın strukturuna daxil olan qurumlarda Tikinti-quraşdırma işlərinin "İcraat Bəyanatı"-na (Method Statement) görə yerinə yetirilməsinə nəzarət etmək;
  • İnşaat sahəsi üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla  bağlı departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Yoxlama və testləri həyata keçirmək üçün müvafiq prosedurların və inspeksiya test planlarının hazırlanmasına və test metodlarına nəzarət etmək;
  • Tikinti sahəsində yerləşən bütün materialların saxlanma şəraitinə və layihə tələblərinin uyğunluğuna nəzarəti təmin etmək;
  • Betonun düşmə, hava tutumu, vahid çəkisi və temperatur testlərinin həm sahədə həm də zavodda həyata keçirildiyini yoxlamaq;
  • Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə, tikintidə istifadə olunan digər avadanlıqlar üzrə müvafiq sertifikatların alınmasına nəzarət etmək;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtibində keyfiyyətə nəzarətfunksiyasını icra etmək.

Requirements

  • Təhsil: Ali bakalavr;
  • Təcrübə: Müvafiq sahə üzrə 5 il;
  • Dil bilikləri: İngilis dili bilən namizədlərə üstünlük verilir (İnşaat sahəsi üzrə təlim və ya sertifikatlar üstünlükdür);
  • Kompüter bacarıqları: Microsoft Excel, Microsoft Word, Microsoft Outlook;
  • 4 sertifikat müvafiq ixtisas kursu;
  • Dərketmə, detallara diqqət, dürüstlük, etik davranış, məsuliyyət, mühakimə, nizam-intizam, peşəkarlıq;
  • Keyfiyyətin idarə edilməsi, standartlaşdırma və s. sahələrdə baza bilikləri;
  • İşçi cizgiləri və İnspeksiya test planının oxuma bacarığı;
  • İnşaat sahəsində istifadə olunan beton və armatur markalarını və onların təyinatı üzrə istifadə olunmasını;
  • Məlumatları təhlil etmə üsullarını;
  • Materiallarla bağlı tələbləri;
  • Materialların uyğun sertifikatının yoxlanılmasını;
  • Forma 2 və Forma 3 sənədlərinin tərtib olunması qaydalarını;
  • Keyfiyyətə nəzarət prosedurlarını və standartlarını bilməli.
  • Vakansiya ilə maraqlanan şəxslər https://careers.socar.az/sap/bc/webdynpro/sap/hrrcf_a_posting_apply?PARAM=cG9zdF9pbnN0X2d1aWQ9OEVEQjg1RkJEQzAyMUVERUEwQkRDQ0EyREZBMjQwMzYmY2FuZF90eXBlPUVYVA%3d%3d&sap-theme=sap_bluecrystal&sap-client=600&sap-language=AZ&SAP-WD-CONFIGID=ZHCM_WDC_ERC_UNREG_DEF# keçid edərək müraciət edə bilər.