Norm ASC

Təmir planlaması üzrə mühəndis

By agreement
Full-time
Baku, Azerbaijan
27.01.23 - 26.02.23

Working conditions

  • Təhlükəsizlik, idarə etmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsinə görə cavabdehlik;
  • Qeydiyyat kartlarının tərtib edilməsi, şirkətin kataloqlarının, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, layihə üzrə dəyişikliklərin, modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı;
  • Təmir şöbəsi üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək;
  • İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi;
  • Zavodda podratçıların vasitəsilə həyata keçiriləcək texniki təmir işlərinin təşkili;
  • Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması;
  • Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili;
  • Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Təmir şöbəsinin arxivində avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili;
  • Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək;
  • İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi;
  • Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi;
  • Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi;
  • Planlama bölməsinin heyətlərinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.

Requirements

  • Təhsil: Mexanika, Sənaye və ya Elektrika,Elektronika mühəndisliyi üzrə ali təhsil;
  • Təcrübə: Bu və ya oxşar sahədə (təmir planlaması) 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dilinin ən azı orta səviyyədə biliyi;
  • Kompüter bacarıqları: MS Office, SAP, Ms Project, Primavera programlarından istifadə bacarığı;
  • Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq
  • Hesabat hazırlama bacarıqları.


This job has expired